3 sentyabr 2010 13:45
Rəhman Həciyev klubsuz qalmadı
Bürokratik ünsürlər üzündən 17-yaşlı azərbaycanlı futboluçu Rəhman Həciyev Türkiyənin birinci divizionunda çıxış edə bilməyəcək. Azerisport.az saytına "Bakı" futbol klubundan bildirdilər ki, komanda rəhbərliyi bu məsələni uzadmadı və avqustun 31-i transfer pəncərəsi bağlanmasına bir neçə dəqiqə qalmış Həciyevi iştirak ərizəsinə daxil edə bildi. Bu mövsümü gənc futbolçu "Bakı"-da keçirəcək.
