3 sentyabr 2010 13:54
Rza Çalımbay: Sadıqovu klubun əsas oyunçuları sırasında görürəm
Türkiyənin "Eskişehirspor" klubunun baş məşqçisi Rza Çalımbay Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun transferi barəsində azerisport.az saytına danışdı. "Azərbaycanlı futbolçu ölkəsində ən yaxşılarında biri sayılır. Hesab edirəm ki, o komandada öz yerini tapacaq. Sadıqovu klubun əsas oyunçuları sırasında görürəm. O özünü "Eskişehirspor"-da göstərəcək", - Çalımbay bildirdi.
