3 sentyabr 2010 14:46
Stefan Borbikoni: Azərbaycana gəlməyimin əsas səbəbi pul oldu
Azərbaycanın "Bakı" klubunun yeni futbolçusu Stefan Borbikoni fransa mətbuatına ölkəmizə gəlişi haqqında danışdı.
"Metz"-lə ayrılmaq niyyətində deyil idim. Lakin sonradan Yusef Moxtari adlı menecerlə görüşdüm. Onun Bakıdan olan digər menecerlərlə əlaqəsi də var. Onlar bilirdilər ki mən Türkiyədə oynamışam. Lakin ilk öncə Azərbaycana getməyə o qədər də meylli deyil idim", - fransalı müdafiəçi dedi.
Borbikoninin sözlərinə görə, Azərbaycana gəlməyin əsas səbəbi maliyyə məsələsi oldu: "Digər tərəfdən, mənim oyun praktikam azdır. Həmçinin mənim yoxluğumda "Metz" xərcərini azaldacaq. Məncə, bu transfer hamı üçün faydalı oldu".
