3 sentyabr 2010 14:54
Azərbaycanda növbəti legioner (FOTO)
Azərbaycanın "Muğan" futbol klubu daha bir legionerlə gücləndi. Azerisport.az saytına Səlyan klubundan bildirdilər ki, makedoniyalı yarımmüdafiəçi Saşko Pandev bu mövsümdə "Muğan"-ın şərəfini qoruyacaq. Futbolçu komanda ilə birillik müqavilə imzaladı. Qeyd edək ki, Saşko Milanın "Inter" komandasında çıxış edən Qoran Pandevin qardaşıdır.
