3 sentyabr 2010 15:09
Cokiça Haciyevski: Rəhman Həciyevə praktika lazımdır
Azərbaycanın "Simurq" klubunun baş məşqçisi Cokiça Haciyevski "Bakı" komandasının hücumçusu Rəhman Həciyevin Türkiyənin "Altay" klubuna alınmayan transferi barəsində danışdı. "Rəhmanın keçidinin pozulması çox təəssüfləndirir. Lakin hər bir məqamda müsbət tərəf də var. Hesab edirəm ki, Rəhmana oyun praktikası lazımdır. O əla oyunçudur. Lakin onu Türkiyəyə göndərməyə tələsmək lazım deyil. Əvvəlcə o Azərbaycan çempionatında praktika almalıdı, sonradan milliyə düşəcək. Hər şeyi addım-addım etmək lazımdır. Hesab edirəm ki, əgər Rəhman bu il "Bakı"-nın heyətində müntəzəm olaraq oynasa, bu onun xeyirinə olacaq", - Haciyevski azerisport.az saytına bildirdi.
