3 sentyabr 2010 15:31
Sami Hedira Ballakı Almaniyanın əsas heyətindən kənarlaşdırmaq istəyir
İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Sami Hedira DÇ-2010-daki oyunu ilə hamını cəlb etdi və Mixael Ballakın yoxluğunu yaddaşdan çıxardı. Azerisport.az xəbər verir ki, Ballak artıq zədəsindən sağalıb, lakin Hedira bildirdi ki, o əlindən gələni edəcək ki, Ballakı əsas heəytdən məhrum etsin.
"Mənim məqsədim ondadır ki, Ballaka millinin əsas heyətə düşməməsi üçün heç bir fürsət verilməsin", - Hedira dedi.
Mənbə: Bild
