3 sentyabr 2010 16:06
"Futbol kralına" heykəl qoyulacaq
"Maracana" stadionunda yenidən qurulma işlərinin bitirilməsindən sonra "futbol kralı" Pelenin heykəli qoyulacaq. Azerisport.az O Globo`ya istinadən xəbər verir ki, bu təşəbbüslə Braziliya höküməti çıxış edib. Və bu stadion da təsadüfi olaraq seçilməyib. Məhz "Maracana"-da 1961-ci ildə Pele karyerasının ən gözəl qolunu "Fluminese"-nin qapısına vurub. Və məhz bu stadionda o millinin heyətində sonuncu oyununu keçirdi.
