3 sentyabr 2010 17:29
Elvin BEQİRİ: Əsas odur ki, XL uğur əldə etsin
Azərbaycanın "Xəzər-Lənkəran" komandasının yarımmüdafiəçisi Elvin Beqiri azerisport.az saytına müsahibə verdi.
Azərbaycan çempionatında dörd tur keçirildi. XL və "Neftçi" 10 xal toplayıblar. Necə hesab edirsiniz, bu qarşıdurma nə qədər davam edəcək?
"Neftçi" yaxşı rəqibdir. Əgər bu ikihakimiyyətlik komandalarımızın arasında keçiriləcək oyuna kimi davam etsə, o zaman bu görüş daha da baxımlı olacaq. Həmişəki kimi, məqsədimiz qələbə olacaq. "Neftçi"-yə qalib gəlmək və yuxarı pillədə qalmaq çox xoş olardı.
XL-in turnir cədvəlində lider olması komanda üçün çox vacibdirmi?
Hal hazırda bu o qədər də vacib deyil. Yəni, əgər biz çempionatı birinci pillədə bitirməsək, o zaman indi tutduğumuz pillə o qədər də vacib deyil. Bizə xal itirmək olmaz. Rəqiblərə yuxarıdan aşağı baxmaq xoşdur, lakin vəziyyət hər turdan sonra dəyişə bilər. Hələ ki heç bir komanda özü üçün heçnə təmin etməyib.
AZAL-la son oyunda lənkəranlılar qələbəni sizin son dəqiqələrdə vurduğunuz qol sayəsində əldə etdi. Nəyə görə komanda AZAL-a qol vura bilmirdi?
Bizə hər dəfə topu meydançanın özünə aid hissəsindən uzaqlaşdırmaq məqsədini qoyan komandaya qarşı oynamaq çətin idi. Lakin mən inanırdım ki, biz qol vuracayıq. Əsas odur ki, biz lazımi nəticə əldə etdik. Hesab edirəm ki, biz layiqli oyun göstərdik
Bu artıq sizin ikinci qolunuz oldu. Bu ənənədir?
Komandaya kömək etmək çalışıram. Mənim üçün əsas odur ki, XL uğur əldə etsin. Qələbələri davam etdirərək, rəqibləri yaxına buraxmamalıyıq.
Yığma komandanın oyunları ilə əlaqədar yaranmış fasilə XL necə təsir göstərəcək?
Düşünürəm ki, müsbət. Çünki tək biz yox, bütün komandalar eyni vəziyyətdədir.
