3 sentyabr 2010 17:41
"Qızıl top" Xaviyə verildi
İspaniyanın Marca qəzeti yerli azərkeşlər arasında sorğu keçirdi. Azerisport.az xəbər verir ki, sorğu "Qızıl topa" ən layiqli oyunçu kim olduğunu müəyyənləşdirməsi üçün keçirildi.
Nəticələrə görə, azərkeşlərin 56 faizi bu mükafata ən layiqli oyunçunu "Barcelona" və İspaniya millisinin yarımmüdafiəçisi Xavini seçdi. Andres İniyesta, Lionel Messi, Diyeqo Forlan və Uesli Sneyder isə ondan xeyli geridə qaldılar.
