3 sentyabr 2010 12:10
Foqts və Löv cavab verəcəklər
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçiriləcək Almaniya – Azərbaycan oyunu ərəfəsində komandaların baş məşqçiləri – Yoahim Löv və Berti Foqts –mətbuat konfransı keçiriləcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, senyabrın 6-da, yerli vaxtla saat 11:00-da, Köln şəhərindəki "Holiday Inn" otelində Azərbaycan milli komandasının baş məşqçisi Berti Fotqsun, saat 12:30-da, Köln şəhərindəki "Gürzenich" otelində Almaniya millisinin baş məşqçisi Yoaxim Lövün mətbuat konfransı təşkil olunacaq.
