3 sentyabr 2010 12:29
Bekhem futbola qayıdır
Bu ilin əvvəlində ağır zədə almış İngilis yarımmüdafiəçi Devid Bekhem meydana yaxın bir zamanda qayıdmaq istəyir. Azerisport.az xəbər verir ki, futbolçu ABŞ-ın "Los-Angeles Galaxy" klubunun sentyabrın 11-də "Colambus Crew"-lakeçiriləcək oyununda iştirak edəcəyinə ümid edir.
"Həkimlər deyirdi ki, mən oktyabrın 1-də qayıda biləcəm. Amma mən həmişə əmin idim ki, daha tez hazır olacam. Ümid edirəm ki, "Colambus Crew"-lagörüşdə oynaya biləcəm. Ehtiyat oyunçuları sırasında yer alacam və ola bilsin ki, 15-20 dəqiqə oynaya biləcəm", - Bekhem bildirdi.
Mənbə: goal.com
