3 sentyabr 2010 00:59
Vinfrid ŞEFER: Azərbaycandan layiqli oyun gözləyirəm
Azərbaycanın "Bakı" futbol klubunun baş məşqçisi Vinfrid Şefer azerisport.az saytına müsahibə verdi.
Almaniya – Azərbaycan oyununa cəmi bir neçə gün qalıb. Komandamızın şansları varmı?
Şansları qiymətləndirməkdən öncə, aydın anlamaq lazımdır ki, qarşıdaki oyun suprekomanda ilə olacaq. Almaniya çox güclüdür və məsələni rahatcasına həll etmək istəyəcək. Buna baxmayaraq, mən əminəm ki, Azərbaycan "bundestimə" problem yaradamaqa qadirdi. Komandada Cavadov və Əliyev kimi yaxşı hücumçular var. Şəxsən mən Azərbaycandan layiqli oyun gözləyirəm.
Hətta nəzərə alaraq ki, oyun Kölndə keçiriləcək?
Orada oynamaq çox çətin olacaq. Amma siz bir baxın, Azərbaycan klubları bu mövsümdə avrokuboklarda necə oynadı. Bütövlüldə dörd komanda arasında ancaq bir dəfə qonaq meydançasında məğlubiyyət oldu. Yaxşı təcrübə qazandılar. Məhz bu oyunçular da millini təmsil edir. Əsas odur ki, forvardlar sürət göstərə bilsin.
Hücumla aydındır. Bəs müdafiə nə etsin? Onlara qarşı Miroslav Kloze, Tomas Müller, Bastian Şvaynştayqer oynayacaqlar.
Onların sirri komanda oyunudadır. Əgər Azərbayan bir-iki detalı işdən çıxara bilsə, o zaman almanlarda problemlər yarana bilər. Sadəcə olaraq ağılla oynamaq, çox diqqətli olmaq lazımdır. Almaniya sizə yuxarıdan aşağıya baxacaq, buna görə də panikaya düşmək lazım deyil.
Ancaq bunlara baxmayara, Almaniya elə komanda deyil ki, ona qarşı oyunda sensasiya yaradmaq mümkün olsun.
Siz istəyirsiniz ki, Azərbaycan elə təkcə Lixtenşteyn kimi komandalara həmişə qalib gəlsin? Nə qədər ki çox Almaniya, İspaniya və İtaliya yığmalarına qarşı oynayacaq, o qədər də fayda qazanacaq.
Sizə vətəndən zəng ediblər?
Bəli. Sonuncu dəfə bu Kicker nəşrindən idi. Azərbaycan futbolu haqqında soruçurdular. Bildirdim ki, burada idman inkişaf edir. Çempionatda Toni Adams kimi mütəxəssis çalışır, klublarda komanda üçün hər cür şərait yaradılır. Həmçinin məndən proqnoz istədilər. Lakin mən onu verməkdən imtina etdim.
Çox şey "Bakı"-nın yeni forvardı Vaqif Cavadovdan asılı olacaq. Hazırda o öz formasında deyil – bu siz narahat etmir ki?
Vaqif barəsində Foqtsla danışdım. Berti ondan çox razıdır. Sadəcə olaraq ona oyun praktikası çatışmır. Ona bir az vaxt vermək lazımdır və o özünü göstərəcək.
Foqts bildirdi ki, o futbolçuların klublarda cəmi 1-2 saat məşq etməsindən narazıdır.
Mən təkcə öz barəmdə deyə bilərəm. Gün ərzində 4-5 saat məşq etmək və oyunçulara bu cür ağırlıq vermək mümkün deyil. Buna yavaş-yavaş çatmaq lazımdır. Elə futbolçular var ki, onlar uzun müddət məşq edə bilir, lakin əksəriyyəti yorulur. Bizə hələ stadionlar haqqında düşünmək də yersiz olmaz.
Bununla nə demək istəyirsiz?
Kim hesab edir ki, Azərbaycanda ən yaxşısı olma asandır – səhv edir. Meydançalar məni çox narahatlandırır. MOİK və "Muğan"-nın stadionlarını görmüşəm – bu ki dəhşətdir. Mən hesab edirəm ki, assosiasiya meydan örtüklərinin dalınca diqqətlə baxmalıdır. Əks halda oyunun səviyyəsinin artırılmasından heç söhbət açmaq da lazım deyil.
