4 sentyabr 2010 13:18
Revaz Dzodzuaşvili: Turan mütləq qalxacaq
Avro-1972-nin vitse-çempionu, Gürcüstan və Latviya yığmalarının sabiq baş məşqçisi Revaz Dzodzuaşvili azerisport.az saytına Azərbaycanın "Turan" klubuna gəlişi haqqıda danışdı.
"Turan"-ın prezidenti Musa Süleymanov mənim yaxın dostumdur. Bizim çox yaxşı münasibətlərimiz var. Buna görə də mən komandaya gəlmək təklifini qəbul etdim. İstəyirəm ki, "Turan" yenə də ölkənin ən güclü klublarından biri olsun", - Dzodzuaşvili dedi.
Onun sözlərinə görə, uğursuz starta baxmayaraq, hər şey dəyişə bilər: "Çempionat təzə-təzə başlayıb. Görərsiniz, biz mütləq qalxacayıq".
