4 sentyabr 2010 13:35
Yoahim Löv: Şadıq ki, Azərbaycanı qəbul edəcəyik
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika ilə keçirilmiş oyundan sonra (1:0) bu qələbənin vacibliyindən danışdı.
"Belçikadan yaxşı oyun gözləyirdim. Biz vacib qələbə qazandıq, komandamız oyuna ciddi yanaşdı. Belçikalılarla ilk hissədə bəzi yerlərdə artırmaq lazım idi. DÇ-də olduğu kimi oynamırdıq. İkinci hissədə isə hər şey qaydasına gəldi, çünki biz oyunu nəzarət altına götürdük. İndi isə biz şadıq ki, gələn həftə Azərbaycanı evdə qəbul edəcəyik. ", - azerisport.az xəbər verir ki, bunu Löv bildirdi.
Mənbə: AFP
