4 sentyabr 2010 21:20
Azərbaycan qələbə gördü (YENİLƏNDİ)
Bu gün 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan – Albaniya oyunu keçirldi. Azerisport.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutdu.
Azərbaycan – Albaniya - 3:2
16-cı dəqiqədə Bəxtiyar Soltanov hesabı açır - 1:0. Mirhüseyn Seyidov 37-ci dəqiqədə hesab arasındaki fərqi artırır - 2:0. Ruslan Qurbanov 43-cü dəqiqədə hesabı 3:0 çatdırır. 45-ci dəqiqədə Çikalleşi hesab arasındaki fərqi azaldır - 3:1. Bala 88-ci dəqiqədə oyunda son qolu vurur - 3:2.
