4 sentyabr 2010 00:03
İbrahimoviçin agenti: Barcelona`da Zlatan canlı meyit idi
Zlatan İbrahimoviçin agetni Mino Rayola forvardın "Milan"-a keçidini izah etdi. "Barcelona`da Zlatan demək olar ki canlı meyitə çevrilmişdir. Qvardiola onu əsas heyətin oyunçusu kimi görmürdü. Zlatan "Barcelona"-dan ona görə getdi ki, "Milan"-da onun yenə də sevinmək səbəbi var. Açığı deyim ki, biz bilmirik, nəyə görə onun Qvardiola ilə münasibətləri korlandı. Vəziyyət bir anda dəyişdi, buna görə də biz mümkün variantları nəzərdən keçirməyə başladıq", - azerisport.az xəbər verir ki, bunu Rayola dedi.
Mənbə: Football Italia
