4 sentyabr 2010 00:23
AFFA Sxadadze ilə bağlı qərarını dəyişmədi
AFFA-nın Apellyasiya və Ekspert Komitəsi bu gün keçirilən iclasında "İnter", "Qəbələ" və "Gəncə" klublarının müraciətlərinə baxmışdır. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müraciətlərə əsasən, "İnter"-in baş məşqçi Kaxaber Sxadadzenin 5 oyunluq texniki zonadan kənarlaşdırılmasının şərti cəza ilə əvəz olunmasını, "Qəbələ" futbolçular Milan Antiç və Lyubo Baraninin müvafiq olaraq 6 və 3 oyunluq cəzalarının yüngülləşdirilməsini, "Gəncə" isə futbolçu Rafael Əmirbəyovun cəzasının ləğv olunmasını xahiş etmişdir. Komitə üzvləri bu müraciətləri müzakirə etmiş və onları təmin etməmək barədə qərar qəbul etmişdir.
