4 sentyabr 2010 12:27
Loran Blan: Məğlubiyyəti qəbul eyməliyik
Fransa yığmasının baş məşqçisi Loran Blan Avro-2012-nin seçmə mərhəəsi çərçivəsində Belarusiyadan gözlənilməz məğlubiyyəti (0:1) şərh etdi. Azerisport.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, indi onun futbolçularına sadəcə olaraq məğlubiyyətlə barışmaq qalıb.
"Qalib gəlməli olduğun oyunda məğlub olursansa, o zaman bu oyundan hansısa bir nəyicə çıxartmaq asan deyil. Əgər komandam mənim xoşuma gəlmirsə, o xal yığmalıdır. Bu gün biz bunu etmədik və məğlubiyyəti qəbul eyməliyik. Qalib gəlməyəndə, məğlub olmağı da bacarmaq lazımdır. Evdə üç xal götürmək istəyirdik, lakin alınmadı", - Blan dedi.
Mənbə: AP
