4 sentyabr 2010 12:47
Fernand Torres İspaniyanın əfsanəsinə çatdı
İspaniya yığmasının hücumçuları şəxsi rekordlar vurmaqa davam edir. Azerisport.az xəbər verir ki, İngiltərənin "Liverpool" komandasında çıxış edən hücumçu Fernando Torres də istisna olmadı. Avro-2012-nin seçmə mərhələsində Lixteynşteynlə keçirilən ilk oyunda Torres dubl etdi və yığma komandanın heyətində vurulan topların sayını 26-ya çatdırdı. Bu göstərici ilə o millinin və Madridin "Real" klubunun əfsanəvi forvardı Emilio Butraqenyoya çatdı. "Mən çox şadam ki, Butraqenyonun nəticəsini təkrarlaya bildim. İndi isə bu məcrada davam etdirərək, Raul və David Vilyanın göstəricilərini təkrarlamalıyam. Mən xoşbəxtəm ki, qollarım komandama qələbə gətirir", - Torres dedi.
Mənbə: AS
