5 sentyabr 2010 00:01
Bernhard Lippert: Bu uğursuzluğa son qoyduq
Bu gün 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Albaniya oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert fikirlərini bildirdi.
"Birinci hissədən razı qaldım. Oyuna biz nəzarət edirdik. Amma birinci hissənin sonuna yaxın futbolçular sanki konsentrasiyanı itirdilər. Bunun nəticəsində qapımızdan qol buraxdıq.
İkinci hissəyə də yaxşı başladıq. Bir neçə epizodda qol vura bilərdik. İmkanlarımızdan istifadə edə bilmədik. Son dəqiqələrdə isə standart vəziyyətdən qapımızda qol gördük.10 ilə yaxın idi qələbə qazana bilmirdik. Bu uğursuzluğa son qoyduq. Sözsüz ki, Cavid Hüseynov, Elvin Məmmədov kimi futbolçularla meydana çıxanda oyunun keyfiyyəti daha yaxşı olur.
Bu gün 5 oyunçumuz əsas millinin düşərgəsindədir. Heyətimizdə U-19-dan dəvət etdiyimiz futbolçular da var. Onlar özlərindən yaşca böyük futbolçulara qarşıoynayırlar", - azerisport.az AFFA-nın rəsmi saytına istinadən bildirir ki, bunu Lippert dedi.
