5 sentyabr 2010 00:06
Artan Buşati: Azərbaycan qələbə qazanmaq istəyirdi
Bu gün 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Albaniya oyunundan sonra Albaniya yığmasının baş məşqçisi Artan Buşati fikirləri ilə bölüşdü.
"Qələbə qazanmaq üçün hazırlaşmışdıq. Azərbaycan yığması bizim xal ala biləcəyimiz rəqiblərimizdən idi. Eyni zamanda,qarşımıza konsentrasiya olmuş komandanın çıxacağını da bilirdik. Çünki Azərbaycan yığması da qələbə qazanmaq istəyirdi. Çox pis oynadıq. Oyundan əvvəl problemlərimiz var idi. Futbolçular virusa yoluxmuşdular. Hər halda, rəqib qələbəyə layiq idi. Azərbaycan yığmasına qarşıdakı oyunlarda uğurlar arzulayıram", - azerisport.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, bunu Buşati bildirdi.
