5 sentyabr 2010 00:14
Rud van Nisterloy: Qayıtdığıma görə çox şadam
Almaniyanın "Hamburger" klubunun və Hollandiya millisinin hücumçusu Rud van Nisterloy bildirdi ki, yığmanın heyətinə qayıtdığına görə çox şaddır.
"Mən çox şadam ki, qayıdmışam. Əlbətdə ki, San-Marino ilə görüşdə iştirak etməkdənsə, DÇ-nin finalında oynamaq daha üstündür. Lakin bir də deyirəm, çox şadam ki, millinin heyətinə qayıdmışam", - azerisport.az xəbər verir ki, bunu van Nisterloy dedi.
Mənbə: Sporting Life
