6 sentyabr 2010 01:03
Bastian Şvaynştayqer: Azərbaycanı qiymətləndirməməyə bilmərik.
Almaniya yığmasının yarımmüdafiəçisi Bastian Şvaynştayqer Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə sentyabrın 7-də keçiriləcək oyun barəsində öz fikirlərini bildirdi.
"Belçika ilə oyunda biz çox əziyyət çəkdik ki, qələbə qazanaq. Lakin üç xala layiq idik. Qarşıdaki gələn oyun sürprizsiz ötüşməlidir. Azərbaycanı qiymətləndirməməyə bilmərik. Bizə daha üç xal lazımdır. Çünki qarşımızda iki oyuna altı xal toplamaq məqsədi var", - azerisport.az xəbər verir ki, bunu Şvayni dedi.
