6 sentyabr 2010 13:04
Nikolya Anelka: Karyeramı rəsmi olaraq bitirdim
İngiltərənin "Chelsea" klubunun hücumçusu Nikolya Anelka Fransa yığmasının heyətində karyerasını bitirdiyini təsdiq etdi. Azerisport.az xəbər verir ki, bu qərarı o DÇ-2010-da yığmanın heyətində baş vermiş qalmaqaldan sonra alıb.
"Mən Fransa yığmasının heyətində karyeramı rəsmi olaraq bitirmişəm. Yüz faiz əminəm ki, qayıtmayacam. Knisndə iyunun 19-da baş verən hadisədən sonra, mənim milliyə qayıdışıma heç bir şans yoxdur", - Anelka bildirdi.
Mənbə: France Soir
