6 sentyabr 2010 14:57
Maradona 50-illiyini Napoli ilə qeyd etmək istəyir
Arqentina və dünya futbolunun əfsanəsi Diyeqo Maradona öz 50-illik yubileyini İtaliyanın "Napoli" klubunun 1987-ci və 1990-cı illərin çempion heyətiylə xeyriyyə oyunu ilə qeyd etmək istəyir.
"Yenidən o heyətdə olan uşaqları bir yerdə toplamaq istəyirəm. "Napoli"-də olan dövr həyatımda ən yaxşı vaxt idi", - azerisport.az xəbər verir ki, bunu Maradona bildirdi.
Arqentina millisinin baş məşqçi vəzifəsini tərk edəndən sonra Maradona işsizdir. Canlı əfsanə bildirdi ki, baxmayaraq ki, İtaliyada hələ 90-cı illərdən qalmış vergilərlə problemi var, o orada işləmək arzusundadır.
Mənbə: Gazzetta dello Sport
