6 sentyabr 2010 17:01
Yoahim LÖV: Azərbaycan oyunumuzu dağıdmağa çalışacaq
Almaniya yığma komandasının baş məşqçisi Yoahim Löv Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə sabah keçiriləcək oyundan qabaq mətbuat konfransı verdi.
"Azərbaycanın bizə qarşı necə oynayacağını bilirik. Rəqib öz cərimə meydançasında toplaşaraq bizim bütün oyunumuzu dağıdmağa çalışacaq və əks-hücumlara üstünlük verəcək. Məhz buna görə də biz oyunu tempdə saxlamalıyıq. Bu zaman bizim bir və daha çox qol vurmağa imkanımız olacaq", - azerisport.az xəbər verir ki, bunu Löv bildirdi.
"Martin Yansen zədəlidir, ancaq onun yerini digər oyunçu tutacaq. Bu görüş ötən DÇ-2010 "seçməsinin" əvvəlində Finlyandiya ilə keçirilmiş oyuna bənzəməyəcək. O vaxt bizim çoxlu problem var idi və həmçinin bəxtimiz də gətirmədi", - o dedi.
