6 sentyabr 2010 17:14
Berti Foqts: Araz Abdullayev Bundesliga`da oynaya bilər
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts hesab edir ki, millinin yarımmüdafiəçisi Araz Abdullayev Bundesliga`da oynaya bilər. "Əgər o "Everton"-da da Azərbaycandaki kimi çalışsa, o zaman Bundesliga`da oynamaq iddiasında ola bilər", - azerisport.az xəbər verir ki, bunu Foqts dedi.
Xatırladaq ki, Abdullayevin "Neftçi"-dən "Everton"-a transferi hələ ki baş tutmayıb.
