6 sentyabr 2010 17:51

Berti FOQTS: Mən sürprizlərə inanmıram.

Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Berti Foqts bu gün keçirilmiş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

"Uşaqların sizin verdiyiniz suallara cavabını eşiddim. Onlar özlərinə inanır və bu mənim xoşuma gəlir. Düşünürəm ki, Almaniya dünya ən güclü komandasıdır. Düzdü, onlar dünya çempionu olmadılar, amma biz orada heç iştirak da etməmişik", - azerisport.az xəbər verir ki, bunu Foqts bildirdi.
 
Azərbaycana iki il əvvəl gələndə komanda FİFA reytinqində 145-ci yerdə qərarlaşmışdır. İndi isə o 105-ci yerdədir. Sizin Azərbaycandaki işinizin ümumi məqsədi nədir?
Əgər biz bu məcrada davam etsək, 3-5 ildən sonra orta Avropa səviyyəsinə çatacayıq. Avro-2012-nin final mərhələsində çətin ki biz oynayaq. Lakin növbəti "seçmədə" rəqiblər sırasına Almaniya millisi düşməsə, o zaman daha yüksək yer uğrunda mübarizə apara bilərik.
 
Bir müddət öncə siz oyunçularınızın fiziki hazırlığından narazılığınızı bildirdiniz. Bəs indi hansısa bir irəliləyiş var?
Oyunçuların fiziki hazırlığını üç həftə ərzində dəyişmək olmaz. Yayda biz nəticələrini açıqlaya bilməyəcəyim tibbi müayinə keçirdik. Böyük problem ondadı ki, klublarımıza vacib oyunlardan qabağ dincəlməyə vaxt verilir. Futbolçu üçün isə oyun məşqdən vacibdir. Misal üçün, belə "Qarabağ"-la "Borussia" ilə oyundan öncə olub.
 
Komandanızın güclü tərəfi nədədir?
Mən sürprizlərə inanmıram. Bakıda təmamiylə başqa oyun olacaq. Və nəinki Almaniyaya, həmçinin digər komandalara qarşı oyunlarda da. Keçən il doğma meydançamızda Rusiya ilə heç-heçə etdik, bu "seçmədə" də uğurlara nail ola bilərik.
 
Oyunçuların oruc tutması ilə bağlı problem varmı?
Yığmada heç kəs oruc tutmur. Biz heç kimə oruc tutmağa qadağa etməmişik. Bu qərarı oyunçular özləri verdi. Ramazan hər bir müsəlman üçün vacib bir aydır. Lakin milli komandada orucu dayandırmaq qərarını aldılar. Əsas problemlərimiz zədəli oyunçularla bağlıdır – Levin, Abışov, İsmayılov.
 
Almaniyanın heyətində ən güclü oyunçu kimi hesab edirsiz?
Heç bilmirəm kimdən başlayım. Lam, Müller, Podolski yoxsa hər oyunda qol vuran dostum Kloze.
 
Kapitan sarğısı ilə bağlı problem haqqında nə deyə bilərsiniz?
Bizdə, Azərbaycan yığmasında bu problem yoxdur (gülür). Mənim üçün hər şey aydındır: DÇ-dən əvvəl Löv dedi ki, Ballak zədəli olduğundan kapitan Lam olacaq. İndi isə Ballak sağalıb və sarğı ona qayıtmalıdır.
 
Elə hiss yaranırdır ki, dünənki məşqdə komandanız rəqibi sanki aldatmaq istəyirdi. "Rust"-a qarşı isə əsas heyət oynamırdı.
Siz mənim əsas heyətimi bilirsiz? "Rust"-a qarşı mən gənc oyunçulara oynamağa imkan verdim. Lakin bu demək deyil ki, mən onlara güvənmirəm. Bizdə Araz Abdullayev və Amit Quluzadə oynayırdı, lakin klublarımız öz kadrları yetiştirmək əvəzinə legionerləri gətirir.
 
Azərbaycanda nə vaxta kimi qalmaq niyyətindəsiniz?
İstəyirəm ki, işimin nəticələrini görüm. Lakin hər şey AFFA rəhbərliyindən asılıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.