6 sentyabr 2010 12:09
XL Bakıya köçdü
Azərbaycan Premyer-liqasının 5-ci turu çərçəvəsində keçiriləcək "Xəzər-Lənkəran" və MOİK komandaları arasinda oyun Bakının Suraxanı rayonunda yerləşən Tofiq İsmayılov adına stadionda baş tutacaq. Azerisport.az lənkəranlıların rəsmi saytına istinadən xəbər verir ki, komandanın ev oyununun Bakıda keçirilməsi hazırda Lənkəran şəhər stadionunda qış fəslinə hazırlıq işlərinin aparılması ilə bağlıdır. Beləliklə XL – MOİK qarşılaşması sentyabrın 12-də saat 17:30-da Bakının Tofiq İsmayılov adına stadionunda keçiriləcək.
