6 sentyabr 2010 00:38
Miroslav Kloze: Azərbaycana qarşı hazırlaşmaq daha çətindir
Almaniya yığmasının təcrübəli hücumçusu Miroslav Kloze Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə sentyabrın 7-də keçiriləcək oyun barəsində öz fikirlərini bildirdi.
"Motivasiya baxımından, Arqentina ya da İngiltərəya qarşı hazırlaşmaq Azərbaycanla oyuna hazırlaşmaqdan daha asandır. Çünki böyük oyunlarda futbolçular özlərini göstərmək istəyir və maksimum güc sərf edirlər", - azerisport.az xəbər verir ki, bunu Kloze dedi.
Onun sözlərinə görə, Azərbaycan yığması atletik komandadır: "DÇ-nin "seçməsində" biz onları hər iki oyunda məğlub etdik. Lakin hər iki oyunda bu çox çətin alındı", - hücumu vurğuladı.
Mənbə: goal.com
