6 sentyabr 2010 12:47
Tomas Müller: Azərbaycanla oyun heç də asan omayacaq
Almaniya yığmasının hücumçusu Tomas Müller Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçiriləcək oyun ərəfəsində bildirdi ki, Azərbaycana qarşı sayğısız münasibət göstərmək lazım deyil.
"Əlbətdə ki, mən bilirəm ki, qarşıdaki oyunda Almaniya favorit hesab olunur. Lakin hər kəs hələ ötən ildən xatırlayır ki, Azərbaycanla bizi heç də asan oyun gözləmir. İndiki zamanda hətta kiçik ölkələr də futbolda əhəmiyyət daşıyır. Buna görə də oyunu aktiv başlamaq lazımdır. Əgər saat ərzində iki top vursaq razı olacayıq", - azerisport.az xəbər verir ki, bunu Müller dedi.
Mənbə: Bild
