7 sentyabr 2010 13:28
Portuqaliya Avropa çempionunu heyətinə cəlb etmək istəyir
Portuqaliyanın futbol üzrə yığma komandasının baş məşqçisi Avro-2008-in qalibi ola bilər. Azerisport.az xəbər verir ki, söhbət İspaniyanı çempion etmiş Luis Araqonesdən gedir. Xatırladaq ki, portuqaliyalıların məşqçisi Karluş Keyruş antidopinq komissiyasının işinə maneçilik törətdiyi üçün altı ay müddətinə futboldan diskvalifikasiya olunub. Qeyd edək ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən ilk oyunda Portuqaliya Kipr millisi ilə 4:4 hesablı heç-heçə etdi.
Mənbə: TribalFootball
