7 sentyabr 2010 13:48
Vaqif Sadıqov: Öz gücümüzə inanmalıyıq
Azərbaycanın futbol üzrə yığmasının keçmiş baş məşqçisi Vaqif Sadıqov Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniyaya qarşı keçiriləcək oyunla bağlı öz fikirlərini azerisport.az saytına bildirdi. "Kölndə Almaniyaya qarşı oynamaq çox çətindir. Lakin, hesab edirəm ki, Foqts və onun komandası nə etmək lazım olduğunu bilir. Almanlara qarşı oynamışıq və onlara bələdik. Əsas odur ki, öz gücümüzə inanaq. Bu inam olmasa heçnə əldə etmək olmaz. Almanlara qarşı layiqli oyun göstərmək lazımdır. Qoy futbolçularımız nəyə qadir olduğlarını göstərsin", - Sadıqov dedi.
