7 sentyabr 2010 14:45
Zlatan İbrahimoviç: İnter`in azərkeşlərindən qorxmuram
İtaliyanın "Milan" klubunun hücumçusu Zlatan İbrahimoviç bildirdi ki, o artıq indidən yeni komandası ilə titullar qazanmaq istəyir. Azerisport.az xəbər verir ki, futbolçunun sözlərinə görə, o keçmiş komandası olan "İnter"-in azərkeşlərinin qəzəbindən qorxmur. "Milan"-a qələbə, titullar qazanmaq üçün gəlmişəm. Çempionlar Liqası bizim üçün prioritetdir. Amma burada da bəxt lazımdır. Çünki ÇL-də hərdən heç kimin gözləmədiyi komandalar qalib gələ bilər. "İnter"-in azərkeşlərinə gəldikdə isə: xeyr, mən onlardan heç vaxt qorxmayacam", - İbrahimoviş dedi.
Mənbə: La Gazzetta della Sport
