7 sentyabr 2010 16:18
Liverpool əsas oyunçusunu itirir
İngiltərənin "Liverpool" klubu heyətin əsas oyunçusu olan yarımmüdafiəçi Dirk Küytü dörd həftəyə itirdi. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu Hollandiya millsinin heyətində keçirilən məşq zamanı çiyinindən zədə alıb.
Qeyd edək ki, zədə səbəbindən Küyt "Birmingham", "Steaua", "Manchester United", "Northampton", "Sunderland" və "Utrecht" komandaları ilə oyunlarda çıxış edə bilməyəcək.
