7 sentyabr 2010 16:53
Lukas Podolski: Optimal formada deyiləm
Almaniya yığma komandasının hücumçusu Lukas Podolski Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə keçiriləcək oyundan öncə bildirdi ki, onu "basdırmaq" hələ tezdir.
"Doğrudan da Belçika ilə oyunda mən lazımi səviyyədə deyil idim. Öz optimal formama qayıdanda və oyunun vəznini hiss edəndə, nəyə qadir olduğumu nümayiş etdirəcəm. Bilirəm ki, çoxlu sayda gənc və istedadlı oyunçu var ki, onlar öz şanslarını gözləyir. Lakin hər turnirdə mən sübut edirəm ki, mənə güvənmək olar. Və bu gələcəkdə də belə olacaq", - azerisport.az xəbər verir ki, bunu Podolski qeyd etdi.
Mənbə: Bild
