7 sentyabr 2010 00:21
Yoahim Löv: Azərbaycan bizdən xal alsa, bu böyük bir fəlakət olacaq
Almaniyan yığmasının baş məşqçisi Yoahim Löv bildirdi ki, onun yetirmələri Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçiriləcək oyuna ciddi hazırlaşır.
"Bizə xallar lazımdır, ona görə də qalib gəlməliyik. Oyunçularımla danışanda hiss etdim ki, onlar doğrunda da qarşıdaki oyunda yaxşı futbol göstərmək istəyir. Əlbətdə, əgər Azərbaycan bizdən xal alsa, bu bizim üçün böyük bir fəlakət olacaq. Lakin mən qələbəmizə inanıram. Azərbaycan kimi komandalarla oyun həmişə çətindir. Çünki onların itiriləsi heç bir şeyləri yoxdur", - azerisport.az xəbər verir ki, bunu Löv bildirdi.
Mənbə: AFP
