7 sentyabr 2010 12:33
Rəşad SADIQOV: Bizə bütün dünya seyr edəcək
Azərbaycanın futbol üzrə milli komandasının kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibə verdi.
Görüşdən nə gözləyirsiz?
Bu bizim ilk oyunumuzdur. Seçmə mərhələni uğurlu başlamaq istəyirik. Əlbətdə, biz çox yaxşı anlayırıq ki, meydançaya kimə qarşı çıxacayıq. Almaniya yığması dünyanın ən güclü komandalarından biridir. Bütün dünya bizim "bundestimə" qarşı oyunumuza seyr edəcək. Biz isə bundan istifadə etməyə çalışacayıq.
Uğurlu nəticədən danışırsız. Bununla nə demək istəyirsiz?
Gəlin mən indidən hesabı deməyim. Sadəcə olaraq bir məqamı xatırladım: dünən biz Hannoverdə bir il əvvəl keçirilmiş oyunun təkrarına baxdıq və orada ilk hissədən sonra tamaşaçılar komandasını fitə basırdı. Əgər bu dəfə elə alınsa ki, meydan sahibləri oyunun sonunda da bu fiti eşitsələr, o zaman bunu uğurlu nəticə olacaq.
Almaniyaya qarşı xüsusi bir tərzdə hazırlaşırsız?
Əlbətdə. Bu cür komandaya qarşı başqa bir tərzdə hazırlaşmaq olarmı?
Dediniz ki, ilk oyuna baxdınız. Komandanın etdikləri xoşunuza gəldi?
O görüşdə mən iştirak etməmişdim, lakin Foqts bizə ilk yarını göstərdi. Və bildirdi ki, bu cür oyunu biz bütün 90 dəqiqə göstərməliyik. Əgər Kölndə biz inamlı çıxış etsək, bu gələcək oyunlarda da öz təsirini verəcək.
Oyunçular oruc tuturlarmı?
Xeyr. Biz bu vaxt ərzində oruc tutmağdan imtina etdik. Biz heç kəs heçnəyəqadağa qoymur. Lakin oyunçular özləri qarşıda gələn görüşün əhəmiyyətini anlayır. Və oyuna tam hazır olmaq bu addımı atmalı olduq.
