7 sentyabr 2010 00:57

90 dəqiqənin intizarında

Bu gün Azərbaycanın futbol üzrə milli komandası Avro-2012-nin seçmə mərhələsi çərçivəsində öz ilk görüşünü keçirəcək. Azerisport.az xəbər verir ki, millimizin ilk rəqibi DÇ-2010-nun medalçısı Almaniya komandasıdır.

Rəqibimiz barəsində ümumiyyətlə nəsə danışmaq lazımsıdır. Dünyada çətin elə bir futbol azərkeşi tapılar ki, o Almaniya yığması haqqında heçnə bilməsin. Lakin hal hazırda bir məqamı qeyd etmək olar – "alman maşını" o qədər də qorxulu deyil. Əlbətdə,  rəqibin böyük tarixi var və əlbətdə, bu əsrdə keçirilən hər bir dünya çempionatının medallarını qazanıb. Lakin indiki Almaniyada bir zəif nöqtə var – sürət. Məhz sürət. DÇ-2010-da keçirilən oyunlara nəzər yetirsək, o zaman görərik ki, rəqibimiz qollarının böyük əksəriyyətini məhz sürətli əks-hücumlardan sonra vurub. Ümumiyyətlə ötən dünya çempionatında gələcək çempion İspaniyadan başqa təkcə Serbiya yeganə komanda oldu ki, almanlara məğlubiyyət yaşdaddı. Və həmçinin öz qapısını toxunulmaz saxladı. Çünki komanda dörd oyunçu ilə müdafiə olunurdu, "laterallar" hücuma keçmirdi və bunun nəticəsində cinahlarda boşluqlar yaranmırdı.
 
Burada Serbiya və Azərbaycan yığmalarını müqayisə etmirik, sadəcə diqqətinizi ona yönəldmək istəyiriki ki, sürət rəqibimiz həm üstünlüyü, həm də ki, zəif nöqtəsidir. Almanlar yeddi nəfərlə müdafiə olunur və hücuma keçəndə də 7 nəfərlə keçir. Buna görə də əsas söz müdafiəmizindir. Lakin burada bizim problemlərimiz üzə çıxır – vaxtından tez rahatlaşma problemi. Buna heç yol vermək olmaz! Cəmi bir dəfə "yuxulamaq" bəsdir ki, qapımızda qol görək. DÇ-2010-un "seçməsini" yadınıza salın. Baxmayaraq ki, almanlar qonaqda 2:0, evdə 4:0 qalib gəlmişdirlər, futbolçularımız rəqibin "qanını içdi".
 
İndi isə o təcrübədən istifadə etmək lazımdır. Və artıq müdafiəçilər bir nöqtəyə toplaşmamalıdır, oyunçular hakimlərlə ikinici sarı və ya qırmızı vərəq "uğrunda" danışmamalıdır, hücumçular və ümumiyyətlə hər bir oyunçumuz öz məqsədini yadına salmalıdırlar. Bir məqsəd – qələbə. Bəli, məhz qələbə. Düzdü, bu cür rəqiblə qələbədən danışmaq o qədər də düzgün deyil. Lakin unudmayaq ki, futbol məhz buna görə oynanılır. İrəlidə heçnə yoxdur, ancaq bir oyun var. Cəmi 90 dəqiqə. Sabah bu 90 dəqiqə tək komanda üçün yox, bütün Azərbaycan futboluna biganə olmayanlara da aid olacaq. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.