8 sentyabr 2010 02:17
Berti Foqts: Komandadan təmamiylə başqa oyun gözləyirdim
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya komandasına məğlubiyyəti (1:6) barəsində öz fikirlərini bildirdi.
"Komandam üçün dərsdir. Düşünürəm ki, düzgün nəticə çıxaracayıq. Bizim iki vacib müdafiəçimiz yox idi, qərib isə dünyanın ən güclü komandalarıdan biridir. Doğma meydançada başqa cür oynayacayıq. Əlavə olunmuş vaxtda üç top buraxdıq, bir qol vuduq. Lakin komandadan təmamiylə başqa oyun gözləyirdim. Rəqib bizdən qat-qat üstün idi. Ötən illə müqayisədə Almaniya daha sürətli görsənirdi", - azerisport.az xəbər verir ki, bunu Foqts dedi.
