8 sentyabr 2010 02:22
Yoahim Löv: Azərbaycan ancaq müdafiə olunurdu
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan komandası ilə oyundan sonra (6:1) öz fikirləri ilə bölüşdü.
"Oyun boyu müdafiə olunan komandaya qarşı oynamaq həmişə çətindir. Azərbaycan 9-10 futbolçu ilə müdafiə olunurdu. Yeni futbolçulara oynamaqa şans verdim ki, onlar təcrübə qazansın. Biz altı imkandan istifadə edə bildik. Oyundan ləzzət aldıq. Türkiyənin qələbəsini isə əvvəlcədən gözləyirdik", - azerisport.az xəbər verir ki, bunu Löv bildirdi.
