8 sentyabr 2010 14:25
Lionel Messi: Dünya çempionları üzərində qələbə bizi sevindirdi
Arqentina yığmasının hücumçusu Lionel Messi İspaniya millisinin üzərində əldə olunan qələbə (4:1) barəsində danışdı.
"Dünya çempionları üzərində qələbə bizi sevindirdi. Çox xoşdur ki, acı uğursuzluqdan sonra biz yenə də azərkeşlərlə yenidən birləşdik. Bu qələbə ilə çox razıyam. Komanda topla çevik davranırdı. Oyunun əvvəlindən biz hər şeyi düzgün edirdik. Bu mükəmməl oyun idi. İndi isə biz irəli getməliyik", - azerisport.az xəbər verir ki, bunu Messi dedi.
Mənbə: AS
