8 sentyabr 2010 02:42

Pulsuz futbol dərsi, və ya belə oynamaq olarmı?

Bu gün Azərbaycanın futbol üzrə yığma komandası Avro-2012-nin seçmə mərhələsi çərçivəsində öz ilk oyunun keçirdi. Azerisport.az xəbər verir ki, millimiz ilk oyunda Almaniya yığması ilə qarşılaşaraq, 1:6 hesabı ilə məğlub oldu.

İlk oyunda... Bu sözün əhəmiyyətinə fikir verin – "oyun". Bu söz, hansı mənada olursa olsun, özü-özündə "hərəkət" deməkdir. Deyəsən, futbolçularımız bu barədə xəbərsizdir. Əlbətdə, hərəkət var idi. Lakin bu hərəkəti "oyun" sözünə aid etmək alınmır. Çünki bunlar hamısı lazımsız hərəkətlər idi. Lazımsız o mənada yox ki, biz 1:6 hesabı ilə məğlub olduq. Xeyr. Sadəcə olaraq, hərəkətlərin hər biri, ayrı-ayrılıqda mənasız idi. İlk yarıdan oyunun sonuna kimi futbolçularımız adidən də adi vəziyyətlərdə topu – yox, itirmirdi – bağışlayırdı. Sakit bir anda ötürmə nədənsə komanda yoldaşına yox, rəqibin oyunçusuna verilirdi. Bu oyundaki qədər buraxılan səhvlər Azərbaycanın ötən "seçmədə" bütövlükdə buraxılan səhvlərdən xeyli üstündür. Lakin buna baxmayaraq, birinci hissədə müdafiə inamlı yox, əzmkarlıqla çalışırdı. Amma bu cür komandalarla oyunda bir dənə əzmkarlıqla heçnə olmayacaq. Və ilk qol da buna sübut oldu. Azacıq qatışıqlıq – müdafiəçilərimiz "yerə yapışaraq" almaniyalı Vestermanın zərbəsini gözləyir. Soruşmaq ayıb olmasın, nəyi gözləyirdiniz? Yəgin ki, topun tora daxil edilməsini. Vesterman da bunu başa düşərək, oyunçularımızı intizarda saxlamaq istəmədi. Budur, hesab açıldı.
 
Açığı deyək ki, oyun almanların üstünlüyü ilə keçəcəyini hamı əvvəlcədən bilirdi. Buna baxmayaraq ilk 45 dəqiqəni futbolçularımız buraxdıqları səhvələri nəzərə almasaq, o qədər də pis keçirmədi. 45 dəqiqə deyiləndə ilk yarını nəzərdə tutmuruq. Sırf 45 dəqiqə. Çünki 45 dəqiqə və əlavə olunmuş vaxt ərzində futbolçularımız öz fikirlərində artıq soyunub-geyinmə otağında idi. Çünki meydançada, qapıçı Kamran Ağayevdən başqa, birdən-birə "azərbaycanlı" deyilən futbolçu qalmadı – hamısı almanlar idi. Cəmi iki dəqiqə ərzində almanlar qapımıza iki top keçirdi. Bu cür biyabırçı müdafiə insanda, sadə bir azərbaycanlı azərkeşdə nifrət hissindən başqa heçnə yaradmır. Fasiləyə iki qol görən komandamız ikinci hissədə təmamiylə "oyun" nə olduğunu unuddu. Bunun məntiqi nəticəsi kimi; Rəşad Sadıqov almanlara deyir ki "əziyyət çəkməyin, budur sizə bir dənə də qol bağışlayaq". Etiraf etmək lazımdır ki, Rəşaddan başqa müdafiə olunan yox idi: Saşa Yunisoğlu, Rail Məlikov və Maksim Medvedev demək olar ki bütün mübarizələrdə məğlub olurdular. Maksim isə ümumiyyətlə özünə oxşamırdı; nə 5, nə 50 metr məsafəyə ötürməsi alınmırdı. Nəinki Medvedev, digər futbolçularımızda sanki nədənsə çəkinirdi.
 
İkinci hissə haqqında isə danışmağa dəyməz. Komanda artıq yox idi. Bir prinsip var idi – topu mümkün qədər irəli vurmaq və heç olmasa bir az rahat nəfəs almaq. Və hətta vurulan qol da ümid vermədi. Bu qolumuz yeganə müsbət məqamdır. Düzdü, qolun yaranmasında işin yarısını almanların qapıçısı Noyer etdi. Amma, qol Afrikada da qoldur.
 
Görüşün nəticəsinə gəldikdə isə, bir şey demək olar ki, 6:1 hesabı oyunu əks etdrmirdi. Çünki bu cür oyunla millimiz ya 6:0, ya da ki 10:1 uduzmalı idi. Belə oynamaq olmaz. Buna heç oyun da deyilə bilməz.
 
İrəlidə Avstriya ilə oyun var. Ümid edək ki, herr Foqts bu qarşılaşmaya kimi komandanın ağılını başına qayıtararaq, yadına salacaq ki, oyun oynamaq üçün hərəkət etmək çox vacibdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.