8 sentyabr 2010 15:47
Cavadov Mertezakerin üzünü sındırdı
Almaniya millsinin müdafiəçisi Per Mertezaker Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyununda (6:1) zədələndi. Azerisport.az xəbər verir ki, görüşün 11-ci dəqiqəsində Azərbaycanın hücumçusu Vaqif Cavadov hava mübarizəsində dirsəyi ilə Mertezakerin üzəndən vurdu. Sonraki müayinə göstərdi ki, oyunçunun üz sümüyü sınıb.
Almaniya futbol federasiyasının rəsmi saytı xəbər verir ki, bərpa olunma müddətdə oyunçuya əməliyyat lazım olmayacaq. Planlaşdırılır ki, çərşənbə günü Mertezaker əlavə tibbi müayinə keçirəcək.
