8 sentyabr 2010 16:51
Mahir ŞÜKÜROV: Psixoloji cəhətdən mən ona hazır deyiləm
Azərbaycan yığmasının yarımmüdafiəçisi Mahir Şükürov Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya millisinə 1:6 hesablı məğlubiyyətdən sonra azerisport.az saytına müsahibə verdi.
Seçmə mərhələninilk oyunu alınmadı. Almaniyadan böyük hesablı məğlubiyyət komanda üçün dərs olacaq?
Sözsüz ki, olacaq. Lakin mən istəməzdim ki, elə hesab edəsiniz ki, biz buraya məğlub olmaq üçn gəlmişik. Komandalar arasındaki fərqi anlayırdıq, amma heçnəyə ümid etməsə idik, heç buraya gəlməzdik. Hesab edirəm ki, almanlara qarşı personal oynamamalıydıq.
Deyəsən sizə Lamı "bağışladılar"?
Bəli. Və mən hələ də başa düşə bilmirəm – nəyə görə? Mən müdafiədə çoxdandır oynamıram. Hətta Hacı Hacıyev də, məni hücum oyunçusu kimi istifadə edir. Lakin bu dəfə mənə müdafiə olunmaq bildirildi. Buna baxmayaraq, bu almanların sərbəst hərəkət etmələrinə mane olmadı. Lamı necə saxlayım? O serətldir, yaxşı ötürmə verir, tez açılır. Əgər o gəlmirsə, yerinə başqası gəlir. Badştuberin ümumiyyətlə opponenti yox idi.
Bəs nəyə görə bu barədə siz Berti Foqtsa bildirmədiz?
Məşqçi göstəriş vermək olmaz. O nə deyir, onu da etmək lazımdır. Əgər sən bunu bacarmırsansa, problem onda yox, səndədir. Digər tərəfdən, oyunçu nəyə qadir oub-olmadığını məşqçidən başqa yaxçı bilən yoxdur.
Ötən ilki oyunla müqayisə etsək, sizcə Almaniya daha güclü olub yoxsa biz zəifləmişik?
Yəgin ki, həm birinci, həm ikicisi. Heyətimizdə itkilər var idi. Həmçinin bu dəfə adət etmədiyimiz tərzdə oynayırdıq. Almanların komandası DÇ-dən sonra daha da yaxşılaşıb, yeniləşuib. Gənc və hirsli komandaları var. Keçən dəfə onlar daha çox "akademik" oynayırdılar.
"Anjı"hansı hisslərlə qayıdacaqsınız?
Ayın 12-si bizi "Rostov"-la çətin oyun gözləyir. Lakin psixoloji cəhətdən mən ona hazır deyiləm. Hacıyevdən xahiş edəcəm ki, mənə istirahət versin. Amma deyə bilmərəm, o razılığını verəcək yoxsa yox.
