8 sentyabr 2010 12:30
Manuel Noyer: Buraxılan qol bizi əsəbləşdirdi
Almaniya yığmasının qapıçısı Manuel Noyer Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan komandası ilə oyundan sonra (6:1) öz fikirləri ilə bölüşdü. Azerisport.az xəbər verirki, qapıçı qələbədən razı qaldı. Lakin buraxılan topla bağlı təəsüfləndiyini bildirdi.
"Qapımızın toxunulmazlığını saxlamaq istyəyirdik. Axmaq qol buraxdıq, bu isə, əlbətdə, əsəbləşdirir. Lakin biz hücuma meyli oyunu göstərməyə davam etdiririk.", - Noyer dedi.
Mənbə: Sport1.de
