9 sentyabr 2010 13:25
Cokiça Haciyevski: Berti Foqtsu tənqid etmək istəmirəm, lakin...
Azərbaycanın "Simurq" klubunun baş məşqçisi Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən Almaniya – Azərbaycan (6:1) oyunu ilə bağlı azerisport.az saytına öz fikirlərini bildirdi.
"Həmkarım Berti Foqtsu tənqid etmək niyyətində deyiləm. Lakin komandada onun olmağını görmədim. Almaniyaya 1:6 hesabı ilə hər bir azərbaycanlı məşqçi də bacarardı. Almanlara qarşı görüş hələ oyun başlamazdan öncə bitmişdir", - Haciyevski dedi.
