9 sentyabr 2010 14:41
Azərbaycan Klozeya yardım etdi
Almaniya yığmasının hücumçusu Miroslav Kloze yeni rekordlar vurmaq niyyətindədir. Azerisport.az xəbər verir ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla görüşdə Kloze "bundestimin" heyətində 103-cü oyununu keçirdi və bu nəticə ilə o əfsanəvi Frans Bekkenbaurlə bərabərləşdi. Həmçinin Azərbaycanla oyunda o millinin heyətində öz 55-ci topunu vurdu. Futbolçunun sözlərinə görə, o Lotar Matteusun millidə 150-oyunluq və Herd Müllerin 68-qolluq rekordlarını vurmaq niyyətindədir.
"Statistik göstəricilərim mənə ifadə oluna bilməyən hisslər bağışlayır. Onlar bildirir ki, mən unudulmayacam. Lakin əlbətdə irəlliləməyə lazımdır. Məqsədim – Herd Müller və Lotar Matteusu keçmək istəyirəm", - Kloze dedi.
Mənbə: Bild
