9 sentyabr 2010 15:05
FİFA oyundaki əlavə vaxtı ləğv edə bilər
FİFA pley-off mərhələsində əlavə vaxtın ləğv edilməsi məsələsinə baxacaq. Azerisport.az xəbər verir ki, ola bilsin ki, 90 dəqiqə heç-heçə bitdiyi zaman dərhal penalti zərbələri vururlacaq. Qurumun prezidenti Yozef Blatterin sözlərinə görə, futbolun baxılması və qolların artırılması məsələsi də baxılacaq.
"Çox hallarda biz komandaların əlavə vaxtda əsas 90 dəqiqədən daha da "bağlı" futbol göstərdiylərini seyr edirik. Biz əlavə vaxtın ləğvi və oyun heş-heçə ilə başa çatsa dərhal penalti zərbələrinə keçid məsələsinə baxacayıq. Həmçinin, "qızıl qol" qaydasının qaytarılmasıda mümkündür", - Blatter dedi.
Mənbə: Reuters
