9 sentyabr 2010 16:14
Inter`dən Milan`a qarşı qisas
İtaliya mətbuatı Madridin "Real" klubunun braziliyalı yarımmüdafiəçisi Kakanı Milanın "Inter" komandasına "göndərir". Azerisport.az xəbər verir ki, milanlılar doğrudan da Kaka ilə maraqlanır. Tərəflər futbolçunun transferini müzəkirəsini noyabrda keçirmək barəsində artıq razılığa gəliblər. Söhbət birillik icarədən gedir. Həmçinin bildirilir ki, bu addımla "neradzurri" əzəli rəqibləri olan "Milan"-a cavab kimi verəcək. Xatırladaq ki, vaxtıylə "Inter"-də çıxış edən Zlatan İbrahimoviç bu il "Milan"-nın heyətinə keçdi.
Mənbə: La Gazzetta della Sport
